Bilməm
Əlibala Hacızadə, Cavanşir Quliyev
Bilməm nədən belə doğmasan mənə
Bir belə qohumun, yadın içində
Tək sənin adını yazmışam, gülüm
Qəlbimə min gözəl adın içində
Eşqinlə inləyən bir bülbül oldum
Sənə nəğmə oldum, qızıl gül oldum
Sən məni yandırdın, dönüb kül oldum
Mən səni qoymazdım odun içində