Qayıt Gəl

Tufan Tərlanoğlu, Eldar Mansurov

Ayrılığın ürəyimə dərd olub
Əzabından sevinc payım qərq olub
Qüssədən baxçamda güllər də solub
O güllərin xatirinə qayıt gəl

Sənsiz könlüm sanki qara bağlayır
Hicran odu ürəyimi dağlayır
Gözlərimdən şəlalələr çağlayır
O gözlərin xatirinə qayıt gəl

Sevgimizin xatirinə qayıt gəl
Bu gözlərin xatirinə qayıt gəl
Eşqimizin xatirinə qayıt gəl
O günlərin xatirinə qayıt gəl

Sənsiz məndən dəniz, bulaq, çay küsüb
Günəş də inciyib, ulduz, ay küsüb
Gülşənlər saralıb, bülbüllər susub
Bülbüllərin xatirinə qayıt gəl

Həsrət gözü yanağıma salıb iz
Yaşayıram indi eşqsiz, həvəssiz
Gün var idi, qala bilmirdin mənsiz
O günlərin xatirinə qayıt gəl

Sevgimizin xatirinə qayıt gəl
Bu gözlərin xatirinə qayıt gəl
Eşqimizin xatirinə qayıt gəl
O günlərin xatirinə qayıt gəl

Wissenswertes über das Lied Qayıt Gəl von Aygün Kazımova

Auf welchen Alben wurde das Lied “Qayıt Gəl” von Aygün Kazımova veröffentlicht?
Aygün Kazımova hat das Lied auf den Alben “Göz yaşımı yar silə” im Jahr 1998, “Sənsizliyim” im Jahr 2000, “Aygün Kazımovanın İfaları” im Jahr 2016 und “Eldar Mansurovun Mahnıları” im Jahr 2021 veröffentlicht.
Wer hat das Lied “Qayıt Gəl” von Aygün Kazımova komponiert?
Das Lied “Qayıt Gəl” von Aygün Kazımova wurde von Tufan Tərlanoğlu, Eldar Mansurov komponiert.

Beliebteste Lieder von Aygün Kazımova

Andere Künstler von Pop