Dostlar

İkram Əliyev, Ədalət Şükürov

[Bənd 1]
Uşaqlığın son gecəsində biz ayrıldıq məhəlləmizdən
O gündən neçə illər keçdi, bir səs-soraq çıxmadı sizdən
Vüqar futbolu çox sevirdi, amma indi olub mühəndis
Bizə hərdən şeir deyirdi, indi həkim olub Mübariz
Bizə hərdən şeir deyirdi, indi həkim olub Mübariz

[Nəqarət]
Yığışmışıq, yığışmışıq, illər keçib, yığışmışıq
Məhəllədə qalan uşaqlar
Darıxmışdım, darıxmışdım, sizin üçün darıxmışdım
Yaman darıxmışdım, a dostlar

Neçə dəfə dalaşmışıq, neçə dəfə barışmışıq
Məhəllədə qalan uşaqlar
Darıxmışdım, darıxmışdım, sizin üçün darıxmışdım
Yaman darıxmışdım, a dostlar
Darıxmışdım, darıxmışdım, sizin üçün darıxmışdım
Yaman darıxmışdım, a dostlar

[Bənd 2]
Maşın xəstəsiydi Ələkbər, avto servis açıbdır bu gün
Hərbi məktəbə getdi Xəzər, sonradan zabit olmaq üçün
Aramızdan gedən də oldu, yad edirəm onları hərdən
Hərə bir tərəfə dağıldı, Xatirə qaldı küçəmizdə
Hərə bir tərəfə dağıldı, Xatirə qaldı küçəmizdə

[Nəqarət]
Yığışmışıq, yığışmışıq, illər keçib, yığışmışıq
Məhəllədə qalan uşaqlar
Darıxmışdım, darıxmışdım, sizin üçün darıxmışdım
Yaman darıxmışdım, a dostlar

Neçə dəfə dalaşmışıq, neçə dəfə barışmışıq
Məhəllədə qalan uşaqlar
Darıxmışdım, darıxmışdım, sizin üçün darıxmışdım
Yaman darıxmışdım, a dostlar
Darıxmışdım, darıxmışdım, sizin üçün darıxmışdım
Yaman darıxmışdım, a dostlar

Wissenswertes über das Lied Dostlar von Ədalət Şükürov

Wann wurde das Lied “Dostlar” von Ədalət Şükürov veröffentlicht?
Das Lied Dostlar wurde im Jahr 2008, auf dem Album “Yada Sal Məni, Sevgilim” veröffentlicht.
Wer hat das Lied “Dostlar” von Ədalət Şükürov komponiert?
Das Lied “Dostlar” von Ədalət Şükürov wurde von İkram Əliyev, Ədalət Şükürov komponiert.

Beliebteste Lieder von Ədalət Şükürov

Andere Künstler von