O Qadın

Сергей Трофимов (Sergei Trofimov), İkram Əliyev

[Bənd 1]
Dünyanın işinə bax
Nə gözəldir bu gecə!
Otumuşuq üz – üzə
Ürəklər yaxın

Saatına baxaraq
“Gedim” deyər indicə
İndi mənim yanımda
Oturan qadın

Saatına baxaraq
“Gedim” deyər indicə
İndi mənim yanımda
Oturan qadın

[Nəqərat]
Gecələr yuxusuzdur
Yalnız mənim könlümdə
Məni özündən artıq
İstəyən qadın

Hər görüşün sonunda
Həsrət qalır qəlbimdə
Arxamca qapısından
Su atan qadın

Hər görüşün sonunda
Həsrət qalır qəlbimdə
Arxamca qapısından
Su atan qadın

[Bənd 2]
Mənim öz ailəm var
Qəribədir bu qismət
Məndən ayrılıb getsən
Qalaram həsrət

Taleyimiz bu qədər
Olduq biz uzaq – yaxın
Bir gün ayrılıb gedər
Sevdiyim qadın

Taleyimiz bu qədər
Olduq biz uzaq – yaxın
Bir gün ayrılıb gedər
Sevdiyim qadın

[Nəqərat]
Dünyanın işinə bax
Nə gözəldir bu gecə!
Otumuşuq üz – üzə
Ürəklər yaxın

Taleyimiz bu qədər
Olduq biz uzaq – yaxın
Bir gün ayrılıb gedər
Sevdiyim qadın

Taleyimiz bu qədər
Olduq biz uzaq – yaxın
Məndən ayrılıb gedər
Sevdiyim qadın

Məndən ayrılıb getmə
Sevdiyim qadın
Məndən ayrılıb getmə
Sevdiyim qadın

Wissenswertes über das Lied O Qadın von Ədalət Şükürov

Wann wurde das Lied “O Qadın” von Ədalət Şükürov veröffentlicht?
Das Lied O Qadın wurde im Jahr 2004, auf dem Album “Qoca Çinar” veröffentlicht.
Wer hat das Lied “O Qadın” von Ədalət Şükürov komponiert?
Das Lied “O Qadın” von Ədalət Şükürov wurde von Сергей Трофимов (Sergei Trofimov), İkram Əliyev komponiert.

Beliebteste Lieder von Ədalət Şükürov

Andere Künstler von