Bilsən Də, Bilməsən Də

Baba Vəziroğlu, Kamaladdin Heydarov

[Bənd 1]
Eşqinə, əhdinə çıxsan da yalan
Yolları bağlasa yağış, qar, duman
Əziz olacaqsan mənə hər zaman
Qədrimi bilsən də, bilməsən də sən
Əziz olacaqsan mənə hər zaman
Qədrimi bilsən də, bilməsən də sən

Könlüm hər itkidən sıxılan deyil
Çinar meh əsməklə yıxılan deyil
Dünyada məhəbbət yox olan deyil
Qədrimi bilsən də, bilməsən də sən
Dünyada məhəbbət yox olan deyil
Qədrimi bilsən də, bilməsən də sən

[Nəqərat]
Səninlə ağlayıb, güləsiyəm mən
Bu eşqi səninlə böləsiyəm mən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən

[Bənd 2]
Bu da bir sevgidir, bir məhəbbətdir
Durna qatarıydı, dağıldı, getdi
Deyərəm, bu da bir nağıldır, bitdi
Qədrimi bilsən də, bilməsən də sən
Deyərəm, bu da bir nağıldır, bitdi
Qədrimi bilsən də, bilməsən də sən

[Nəqərat]
Səninlə ağlayıb, güləsiyəm mən
Bu eşqi səninlə böləsiyəm mən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən

Səninlə ağlayıb, güləsiyəm mən
Bu eşqi səninlə böləsiyəm mən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən

Wissenswertes über das Lied Bilsən Də, Bilməsən Də von İradə İbrahimova

Wann wurde das Lied “Bilsən Də, Bilməsən Də” von İradə İbrahimova veröffentlicht?
Das Lied Bilsən Də, Bilməsən Də wurde im Jahr 2004, auf dem Album “Bahar Çiçəyi” veröffentlicht.
Wer hat das Lied “Bilsən Də, Bilməsən Də” von İradə İbrahimova komponiert?
Das Lied “Bilsən Də, Bilməsən Də” von İradə İbrahimova wurde von Baba Vəziroğlu, Kamaladdin Heydarov komponiert.

Beliebteste Lieder von İradə İbrahimova

Andere Künstler von