Kimdir Günahkar

Nailə Mirməmmədli, Zakirə Allahverdiyeva

[Bənd 1]
Saçımda iz saldı gümüşü tellər
Alıb gəncliyimi apardı yellər
Arxamca boylandın, ağla – deyirlər
İllərmi günahkar, sənmi, sevgilim?

[Keçid]
İllərlə apardın, sənsiz apardın
Qoyduğun nişanlar çöhrəmdə qaldı
Məhəbbətin saldı məni bu günə
De, mənmi günahkar, sənmi, sevgilim?

[Bənd 2]
Soyuq yatağımda yox hərarətin
Sənsiz buza dönmüş, üşümüş qəlbim
Sevinc qərib düşür, dönüb kədərim
Sevincmi günahkar, sənmi, sevgilim?

[Keçid]
İllərlə apardın, sənsiz apardın
Qoyduğun nişanlar çöhrəmdə qaldı
Məhəbbətin saldı məni bu günə
De, mənmi günahkar, sənmi, sevgilim?

[Nəqərat]
Dedilər – dönəcək, dözümün olsun
Qoyma gözlərimdə çiçəklər solsun
Sevinc aşıb-daşsın, kədəri qovsun
Kədərmi günahkar, sənmi, sevgilim?
İllərmi günahkar, sənmi, sevgilim?

Dedilər – dönəcək, dözümün olsun
Qoyma gözlərimdə çiçəklər solsun
Sevinc aşıb-daşsın, kədəri qovsun
Kədərmi günahkar, sənmi, sevgilim?
İllərmi günahkar, sənmi, sevgilim?

İllərmi günahkar, sənmi, sevgilim?
Kədərmi günahkar, sənmi, sevgilim?
De, mənmi günahkar, sənmi, sevgilim?

Wissenswertes über das Lied Kimdir Günahkar von İradə İbrahimova

Wann wurde das Lied “Kimdir Günahkar” von İradə İbrahimova veröffentlicht?
Das Lied Kimdir Günahkar wurde im Jahr 2003, auf dem Album “Get” veröffentlicht.
Wer hat das Lied “Kimdir Günahkar” von İradə İbrahimova komponiert?
Das Lied “Kimdir Günahkar” von İradə İbrahimova wurde von Nailə Mirməmmədli, Zakirə Allahverdiyeva komponiert.

Beliebteste Lieder von İradə İbrahimova

Andere Künstler von