Sevgi Nağılı

Vüqar Camalzadə, İsmayıl Dadaşov

[Bənd 1]
Sən mənə tanrının
Ən əziz payısan
Səadət qoymaz ki
Uzağa düşək biz

Taleyim, qismətim
Mənimsən hər zaman
Vüsal yollarında
Hər gün görüşək biz

[Nəqərat]
İtib xəyallarda
Təki batmasın
Sevginin özünə
Bir həyat verək biz

Səni yad baxışlar
Qoy aldatmasın
Hicransız, həsrətsiz
Günləri görək biz

[Bənd 2]
Şirin sözlərinlə
Açılanda səhər
İçərik birlikdə
Eşq piyaləsini biz

Ötər dəqiqələr
Necə də bəxtəvər
Qəlbinə oxuyaq
Sevgi nəğməsini biz

[Nəqərat]
İtib xəyallarda
Təki batmasın
Sevginin özünə
Bir həyat verək biz

Səni yad baxışlar
Qoy aldatmasın
Hicransız, həsrətsiz
Günləri görək biz

İtib xəyallarda
Təki batmasın
Sevginin özünə
Bir həyat verək biz

Səni yad baxışlar
Qoy aldatmasın
Hicransız, həsrətsiz
Günləri görək biz

Wissenswertes über das Lied Sevgi Nağılı von İradə İbrahimova

Wann wurde das Lied “Sevgi Nağılı” von İradə İbrahimova veröffentlicht?
Das Lied Sevgi Nağılı wurde im Jahr 2007, auf dem Album “Yaşananlar ” veröffentlicht.
Wer hat das Lied “Sevgi Nağılı” von İradə İbrahimova komponiert?
Das Lied “Sevgi Nağılı” von İradə İbrahimova wurde von Vüqar Camalzadə, İsmayıl Dadaşov komponiert.

Beliebteste Lieder von İradə İbrahimova

Andere Künstler von