Sına, Yar

Rəsul Rza, Ələkbər Tağıyev

[Bənd 1]
Ay işığlı, göy ulduzlu olaydı
Könlüm evi çırağandır bu gecə
Ay işığlı, göy ulduzlu olaydı
Könlüm evi çırağandır bu gecə

Nə bir çiçək, nə bir yarpaq solaydı
Nə inciyib yardan küsən olaydı
Nə bir çiçək, nə bir yarpaq solaydı
Nə inciyib yardan küsən olaydı

[Nəqərat]
Hər möhnətə dözərəm, dözərəm
Sına məni, sına, yar, sına, yar
Əhdə çıxsam vəfasız, vəfasız
Onda məni qına yar, qına, yar

Bizi bir gün ayrı görsəm, ağ olar
Könlüm sənin həsrətinlə dağılar
Gündə yüz yol sənə qurban olardım
Qorxuram ki, deyərlər, çox ağ olar
Gündə yüz yol sənə qurban olardım
Qorxuram ki, deyərlər, çox ağ olar

Hər möhnətə dözərəm, dözərəm
Sına məni, sına, yar, sına, yar
Əhdə çıxsam vəfasız, vəfasız
Onda məni qına yar, qına, yar

[Bənd 2]
Yar yolunda duman nədir, çən nədir?
Əllərinin hərarəti məndədir
Yar yolunda duman nədir, çən nədir?
Əllərinin hərarəti məndədir

Dünya aləm bütün gözələ dönsə
Mənim könlüm, mənim gözüm səndədir
Dünya aləm bütün gözələ dönsə
Mənim könlüm, mənim gözüm səndədir

[Nəqərat]
Hər möhnətə dözərəm, dözərəm
Sına məni, sına, yar, sına, yar
Əhdə çıxsam vəfasız, vəfasız
Onda məni qına yar, qına, yar

Bizi bir gün ayrı görsəm, ağ olar
Könlüm sənin həsrətinlə dağılar
Gündə yüz yol sənə qurban olardım
Qorxuram ki, deyərlər, çox ağ olar
Gündə yüz yol sənə qurban olardım
Qorxuram ki, deyərlər, çox ağ olar

Hər möhnətə dözərəm, dözərəm
Sına məni, sına, yar, sına, yar
Əhdə çıxsam vəfasız, vəfasız
Onda məni qına yar, qına, yar

Hər möhnətə dözərəm, dözərəm
Sına məni, sına, yar, sına, yar
Əhdə çıxsam vəfasız, vəfasız
Onda məni qına yar
Onda məni qına yar
Onda məni qına yar
Qına, yar

Wissenswertes über das Lied Sına, Yar von İradə İbrahimova

Wann wurde das Lied “Sına, Yar” von İradə İbrahimova veröffentlicht?
Das Lied Sına, Yar wurde im Jahr 2007, auf dem Album “Yaşananlar ” veröffentlicht.
Wer hat das Lied “Sına, Yar” von İradə İbrahimova komponiert?
Das Lied “Sına, Yar” von İradə İbrahimova wurde von Rəsul Rza, Ələkbər Tağıyev komponiert.

Beliebteste Lieder von İradə İbrahimova

Andere Künstler von