Getmə, Getmə

Səid Rüstəmov, İslam Səfərli

Gözlərin aldı məni
Kəməndə saldı məni
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl
Amandır, qoymayın
Yar gözdən saldı məni!..
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl

Qurbanam xan gözünə
Nazla baxan gözünə
Yenə sürmə çəkmisən
Evlər yıxan gözünə
Getmə, getmə, gəl

Elə bil, qəsdi nədir
Gözlərin məsti nədir?
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl
Yar məni incitməkdə
Bilmirəm, qəsdi nədir
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl

Sənin ala gözlərin
Canım alar, gözlərin
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl
Qorxuram, birdən öləm
Yada qala gözlərin
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl

Wissenswertes über das Lied Getmə, Getmə von Islama Abdullayeva

Wann wurde das Lied “Getmə, Getmə” von Islama Abdullayeva veröffentlicht?
Das Lied Getmə, Getmə wurde im Jahr 2020, auf dem Album “Azerbaijani Music” veröffentlicht.
Wer hat das Lied “Getmə, Getmə” von Islama Abdullayeva komponiert?
Das Lied “Getmə, Getmə” von Islama Abdullayeva wurde von Səid Rüstəmov, İslam Səfərli komponiert.

Beliebteste Lieder von Islama Abdullayeva

Andere Künstler von