Aygün

Səməd Vurğun, Zakir Bağırov

Mən indi bildim ki, ürəyim acdır
Elə bil çörəyə, suya möhtacdır
Məhəbbət əbədi bir ehtiyacdır
Mənim də dünyada sevənim varmı?
Ah...
Mənim də dünyada sevənim varmı?

Doğrudur, insanlar mənə əl çalır
Ancaq səadətim yarımçıq qalır
Dağlarda eşq ilə qalxıb ucalır
Eşqisiz bir bahar, deyin baharmı?

Hanı saçlarımı oxşayan bir əl
Bir mehriban nəfəs, bir isti əməl?
Gəl, ey məhəbbətim müjdəsi, tez gəl!
Məni düşündürən bu arzularmı?
Ah...
Məni düşündürən bu arzularmı?...

Wissenswertes über das Lied Aygün von Islama Abdullayeva

Wann wurde das Lied “Aygün” von Islama Abdullayeva veröffentlicht?
Das Lied Aygün wurde im Jahr 2022, auf dem Album “Aygün” veröffentlicht.
Wer hat das Lied “Aygün” von Islama Abdullayeva komponiert?
Das Lied “Aygün” von Islama Abdullayeva wurde von Səməd Vurğun, Zakir Bağırov komponiert.

Beliebteste Lieder von Islama Abdullayeva

Andere Künstler von