Sevməyir, Qoy Sevməsin

Süleyman Rüstəm, Tofiq Bakıxanov

[Bənd 1]
Küsdü yar məndən, nəhayət; sevməyir – qoy, sevməsin!
Eyləməz könlüm şikayət; sevməyir – qoy, sevməsin!..

[Nəqərat]
Sanmasın, canan onünçün gözlərim, gözlərim qan-yaş tökər
Tapmaram onsuz səadət; sevməyir, sevməyir – qoy, yar sevməsin!..

[Bənd 2]
Çatdırın, dostlar, vəfasız dilbərə son arzumu
Çəkməsin eldən xəcalət; sevməyir – qoy, sevməsin!..

[Nəqərat]
Sanmasın, canan onünçün gözlərim, gözlərim qan-yaş tökər
Tapmaram onsuz səadət; sevməyir, sevməyir – qoy, yar sevməsin!..

[Bənd 3]
Vəslə yaddır ilk məhəbbət; sevməyir – qoy, yar sevməsin!
Vəslə yaddır ilk məhəbbət; sevməyir – qoy, yar sevməsin!
Şerə verdim könlümü; sənətimdən razıyam!
Bilmərəm bir özgə şöhrət; sevməyir – qoy, yar sevməsin!
Sevməyir – qoy, yar sevməsin…

[Nəqərat]
Sanmasın, canan onünçün gözlərim, gözlərim qan-yaş tökər
Tapmaram onsuz səadət; sevməyir, sevməyir – qoy, yar sevməsin!..
Qoy, yar sevməsin…

Wissenswertes über das Lied Sevməyir, Qoy Sevməsin von Islama Abdullayeva

Wann wurde das Lied “Sevməyir, Qoy Sevməsin” von Islama Abdullayeva veröffentlicht?
Das Lied Sevməyir, Qoy Sevməsin wurde im Jahr 2022, auf dem Album “Tofig Bakikhanov” veröffentlicht.
Wer hat das Lied “Sevməyir, Qoy Sevməsin” von Islama Abdullayeva komponiert?
Das Lied “Sevməyir, Qoy Sevməsin” von Islama Abdullayeva wurde von Süleyman Rüstəm, Tofiq Bakıxanov komponiert.

Beliebteste Lieder von Islama Abdullayeva

Andere Künstler von