Yenə O Bağ Olaydı

Hacı Xanməmmədov, Mikayıl Müşfiq

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz
Biz də muradımızca fələkdən kam alaydıq
Sizə qonşu olaydıq
Sizə qonşu olaydıq

Yenə o bağ olaydı, səni tez-tez görəydim
Qələmə söz verəydim
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham
Yazaydım səhər axşam
Yazaydım səhər axşam
Yazaydım səhər axşam
Yazaydım səhər axşam

Arzuya bax sevgilim, tellərindən incəmi ?
Tellərindən incəmi?
Söylə ürəyincəmi ?

Arzuya bax sevgilim, tellərindən incəmi ?
Tellərindən incəmi?
Söylə ürəyincəmi ?...

Yenə də bir vuraydı, qəlbimiz gizli-gizli
Sən ey əsmər bənizli
Sən ey əsmər bənizli
Sən ey əsmər bənizli
Sən ey əsmər bənizli

Yenə o bağ olaydı, yenə sizə gələydik
Danışaydıq, güləydik
Ürkək baxışlarınla, ruhumu dindirəydin
Məni sevindirəydin
Məni sevindirəydin
Gizli söhbət açaydıq, ruhun ehtiyacından
Qardaşından, bacından
Çəkinərək çox zaman söhbəti dəyişəydin
Mənimlə əyişəydin
Mənimlə əyişəydin

Arzuya bax sevgilim, tellərindən incəmi ?
Tellərindən incəmi?
Söylə ürəyincəmi ?

Arzuya bax sevgilim, tellərindən incəmi ?
Tellərindən incəmi?
Söylə ürəyincəmi ?

Yenə də bir vuraydı, qəlbimiz gizli-gizli
Sən ey əsmər bənizli
Sən ey əsmər bənizli
Sən ey əsmər bənizli
Sən ey əsmər bənizli…

Yenə o bağ olaydı…

Wissenswertes über das Lied Yenə O Bağ Olaydı von Islama Abdullayeva

Wann wurde das Lied “Yenə O Bağ Olaydı” von Islama Abdullayeva veröffentlicht?
Das Lied Yenə O Bağ Olaydı wurde im Jahr 2022, auf dem Album “1109” veröffentlicht.
Wer hat das Lied “Yenə O Bağ Olaydı” von Islama Abdullayeva komponiert?
Das Lied “Yenə O Bağ Olaydı” von Islama Abdullayeva wurde von Hacı Xanməmmədov, Mikayıl Müşfiq komponiert.

Beliebteste Lieder von Islama Abdullayeva

Andere Künstler von