Ey İnsanlar

JDR, Mehriban Əhmədzadə

[Bənd 1]
Ey insanlar, ey insanlar
Həyatı gəlin sevək
Dünya olsun başdan-başa
Al şəfəq, nəğmə, çiçək

Xoş sözümüz, saf andımız
Dolaşsın diyar-diyar
Sədaqətdən, məhəbbətdən
Dünyada gözəl nə var?!

[Nəqərat]
Sədaqətdir andım, sədaqət
Ey insanlar, birlikdədir qüvvət
Əlimizlə bəzənsin
Günəş olsun təbiət
Sədaqətdir andım, sədaqət

[Bənd 2]
Qoca dağlar, uca dağlar
Şirin sulu bulaqlar
Yaşıl meşə, çiçəkli düz
Könlümdə yuva bağlar
İnsanların övladıyam
İnsanların dostuyam
Qarlı qışda günəş ollam
Qızmar gündə saf suyam

[Nəqərat]
Sədaqətdir andım, sədaqət
Ey insanlar, birlikdədir qüvvət
Əlimizlə bəzənsin
Günəş olsun təbiət
Sədaqətdir andım, sədaqət
Sədaqətdir andım, sədaqət
Ey insanlar, birlikdədir qüvvət
Əlimizlə bəzənsin
Günəş olsun təbiət
Sədaqətdir andım, sədaqət
Sədaqət, sədaqət...

Wissenswertes über das Lied Ey İnsanlar von Lalə Məmmədova

Wann wurde das Lied “Ey İnsanlar” von Lalə Məmmədova veröffentlicht?
Das Lied Ey İnsanlar wurde im Jahr 2021, auf dem Album “Vol. 3” veröffentlicht.
Wer hat das Lied “Ey İnsanlar” von Lalə Məmmədova komponiert?
Das Lied “Ey İnsanlar” von Lalə Məmmədova wurde von JDR, Mehriban Əhmədzadə komponiert.

Beliebteste Lieder von Lalə Məmmədova

Andere Künstler von Pop