Gəl Barışaq
[Bənd 1]
Gözlərində yenə giley oxundu
Mən nə dedim, ürəyinə toxundu?
Bu adətdir, aralıqda söz olar
Gəl barışaq, niyə küsdün, niyə, yar?
Bu adətdir, aralıqda söz olar
Gəl barışaq, niyə küsdün, niyə, yar?
[Nəqərat]
Ürəyimdə xatirələr oyandı
Ötən günlər göz önündə dayan
Bir olardı söhbətimiz, sözümüz
Bir gülərdi ürəyimiz, gözümüz
Ürəyimdə xatirələr oyandı
Ötən günlər göz önündə dayan
Bir olardı söhbətimiz, sözümüz
Bir gülərdi ürəyimiz, gözümüz
[Bənd 2]
Yanağın çiçəklərdə aradım
Çəmənləri saçında iz daradım
Ay üzünə dedim – budur sabahım
Niyə küsdün, nədir mənim günahım?
Ay üzünə dedim – budur sabahım
Niyə küsdün, nədir mənim günahım?
[Nəqərat]
Ayna sular gözlərindir – dedim mən
Xoş nəğmələr sözlərindir – dedim mən
İlk eşqimə bircə səni istədim
Nə edim ki, dönük çıxdı qismətim
Ayna sular gözlərindir – dedim mən
Xoş nəğmələr sözlərindir – dedim mən
İlk eşqimə bircə səni istədim
Nə edim ki, dönük çıxdı qismətim
Ayna sular gözlərindir – dedim mən
Xoş nəğmələr sözlərindir – dedim mən
İlk eşqimə bircə səni istədim
Nə edim ki, dönük çıxdı qismətim
Ayna sular gözlərindir – dedim mən
Xoş nəğmələr sözlərindir – dedim mən
İlk eşqimə bircə səni istədim
Nə edim ki, dönük çıxdı qismətim