Yağış

Sona Vəliyeva, Novruz Aslan

[Bənd 1]
Göyün xətrinə kim dəyib?
Kəsilmir, narın ağlayır
Dumanla üzünü örtüb
Kimsə duymasın, ağlayır

Narın yağış səsin kəsə
Yolçu qərib səsləyən kim?
Gecə pəncərə önündə
Göy qurşağı gözləyən kim?

[Nəqərat]
Xatirələr pərən – pərən
Ümidlərim islanacaq
Yağış sevgi duasıtək
Ötənləri qaytaracaq

Bulud buluda sevgili
Şimşəyin odu sönübdür
O qızın gözü göy üzü
Narın yağışa dönübdür

[Bənd 2]
Ya bax günəşli şəhərə
Bu yağış nə gətirəcək?
Xatirələr yuyulduqca
Kirpiklərim şeh çəkəcək

Bir tənha qoca ağlayır
Yağış kəsənə bənzəmir
Evin dammağı o yana
Ürəyi, qəlbi nəm çəkir

[Nəqərat]
Xatirələr pərən – pərən
Ümidlərim islanacaq
Yağış sevgi duasıtək
Ötənləri qaytaracaq

Bulud buluda sevgili
Şimşəyin odu sönübdür
O qızın gözü göy üzü
Narın yağışa dönübdür

[Bənd 3]
Çox yağma sən, narın yağış
Gözümə bax, qəlbim damır
Torpaq əsir, məzar qərib
Yağdıqca içim dağılır

Çox yağma sən, narın yağış
Gözümə bax, qəlbim damır
Torpaq əsir, məzar qərib
Yağdıqca içim dağılır

[Nəqərat]
Xatirələr pərən – pərən
Ümidlərim islanacaq
Yağış sevgi duasıtək
Ötənləri qaytaracaq

Bulud buluda sevgili
Şimşəyin odu sönübdür
O qızın gözü göy üzü
Narın yağışa dönübdür

[Sonluq]
Xatirələr pərən – pərən
Ümidlərim islanacaq
Yağış sevgi duasıtək
Ötənləri qaytaracaq

Ya bax günəşli şəhərə
Bu yağış nə gətirəcək?
Xatirələr yuyulduqca
Kirpiklərim şeh çəkəcək

Wissenswertes über das Lied Yağış von Lalə Məmmədova

Wann wurde das Lied “Yağış” von Lalə Məmmədova veröffentlicht?
Das Lied Yağış wurde im Jahr 2021, auf dem Album “İfalar Vol.2” veröffentlicht.
Wer hat das Lied “Yağış” von Lalə Məmmədova komponiert?
Das Lied “Yağış” von Lalə Məmmədova wurde von Sona Vəliyeva, Novruz Aslan komponiert.

Beliebteste Lieder von Lalə Məmmədova

Andere Künstler von Pop