Axtarıram

Azər Cırtdan

[Bənd 1]
Mən özümü axtarıram
Tapa bilsəm, soruşacam
Niyə belə qarışıqdır bu işlər?
Yorub məni
Bu çıxışlar, bu enişlər
Yorub məni

Oyandırır
Əlimi yandıran papiros
Yuxusu yarım qalanlar
Deyirlər
Başa düşmür gecə məni

Küsmüş uşaq kimi deyinirəm
Davam edən “sad melody”
Yorub məni

[Nəqərat]
Axtarıram, itirmişəm
Özümü axtarıram

[Bənd 2]
Dəyişdirib
Yerlərini əşyaların evimdə
İndi günəş
Başqa kölgələr yaradır gözlərimdə
Dolan yaşların içində boğuluram
Yorulmuşam

[Nəqərat]
Axtarıram, itirmişəm
Özümü axtarıram
Özümü axtarıram
Özümü axtarıram

Wissenswertes über das Lied Axtarıram von Miri Yusif

Wann wurde das Lied “Axtarıram” von Miri Yusif veröffentlicht?
Das Lied Axtarıram wurde im Jahr 2011, auf dem Album “Karvan” veröffentlicht.
Wer hat das Lied “Axtarıram” von Miri Yusif komponiert?
Das Lied “Axtarıram” von Miri Yusif wurde von Azər Cırtdan komponiert.

Beliebteste Lieder von Miri Yusif

Andere Künstler von