Yarpaq Bombası, Nüvə Dolması

Qərib Səfərov

Ay qız, sən mənim yaxın şərqim
Veçnı odlu gərgin
Müharibə sevən bomba dərdim
Ərazinə girən çox didərgin

Aramız əndrəbadi
Elə bil sən ərəb, mən də yahudi
Bizlərə yadigar qalıb bu ortaq torpaq
Onu gəl bölək adil

Ürəyin döyünən İzrail
Gecə-gündüz CNN izləyir, BBC izləyir
Həyatını kimin isə xalası və bibisi izləyir

Məni parçalayır münaqişələrin, şairin ürəyin paralayıb günah iş eləmə
Hövsələmi bunca eşələdin
Kaş ki, bunun əvəzinə ilahi şilləni sifətimə vurub döşəyərdin

Şap səsi qulağıma musiqi olsun
Kaş verdiyin acı tək fiiziki olsun
Maç eləyərdim səni amma istəməzdim dədən əsəbi olsun

Qəlbin İranın nüvə bombası
(Gizlidir, sirlidir)
Dünyan bir müharibə zonası
(Buralar istidir)
Underratedsən sən kələm dolması kimi
Görüşə hazırlıqlı gəlmişəm
Klək klək

Ay qız sən mənim uzaq şərqim
Mənə yad qurşaq fərqli bir iqlim
Yanında elə oluram senpai
Sən gedəndən oldum xosumbay

Öyrənərəm muay-tay, səni kövrəldənə göstərərəm vay-vay necə olur ay qa (yox) ayka (yox) ay qız
Məni qınama çox haqsız

Qəlbin İranın nüvə bombası
(Gizlidir, sirlidir)
Dünyan bir müharibə zonası
(Buralar istidir)
Underratedsən sən kələm dolması kimi
Görüşə hazırlıqlı gəlmişəm

Underratedsən sən kələm dolması kimi
Görüşə hazırlıqlı gəlmişəm

Beliebteste Lieder von Neo Cortex

Andere Künstler von Dance music