Stalker
Pis insan, necə pis hava
Olma daxilən anqava
Alitəhsilli bisavad
Bankın yox, bas bankana
Təbliğ etmirəm heç nəyi mən
Lağ edib baxırsan, de, nəyimə?
Reallıq yaraşır eynəyimə
Sözü saqqız kimi çeynəyirəm
Buralara haradan baxsaq qala
Canavarlar döndü çaqqala
Ağ saç yaraşır ağsaqqala
Keçmişi döyən axsaq qalar
Fikir verən azdır sambala
Öz fikri olmayan hambala
Elə bilirsən öz başınasan
Amma arxanca gələcək impala
Əlbət, var bu yolda missiyam
Kütləyə geri dönür Messiah
Ərəblərə Ronaldo lazım
PSG’də Messiyə pensiya
Haqsız-haqlı qapı bağlı
Açar açar, qaçan qaçar
Pullar puldur, pullar quldur
Bunlar pula quldur
Qaçıram azrepdən
Düz olan az repdə
Süni olan hər şeydən
Yazmıram mən şeydən
Yazmıram tən şeydən
İşiniz namedropping
Beyniniz keylogger
Yarınız pay to pay
Yarınız fake okay
Necə dünyaya peyk okay
Uzağa qaçacaq biç həriflər
Yeyilmiş samitdə ac hərflər
Vəziyyət insanı çevirir trigger’ə
Admin, looser user’i kick ele
Yazıram doğru-doğru
Hədsiz cəsarət, ya qorxu
Ghetto’da qəhrəmanlar doğulur
Ümidlər tüstülərdə boğulur
Gündəmə işləyən gündəm iti
Qafiyə ilə doldur limiti
Süni intellekt ChatGPT
Gəlmişəm ki, minim mən bu beat’i
Kopetdə MC, no limiti
O qədər fake-dir bu community
Əsl kimliyini biləndə bir-bir
Yanından gündə bir homie itir
Yuxarıdan gəlir ruzi
Hörmətin var idi cüzi
Yazırsan ki, var uzi
Amma başının üstündə bu sirr
Gəzdiyin civilər zombi
Çəkdiyin əmilər xomi
Atıram 3-lük, ya o min
Yenə zəng çatmır sənə rouming