Rüzgar Rap’dən Getdi?!

DeFakto, Rüzgar

[Giriş: Rüzgar]
Ahem, ahem, yo, yo! Getdik, yo, yo!

[Bənd 1: Rüzgar]
Eyo, hər kəsə salam, AzRap dinləyici
Bilirsiniz nə qədər şey itirmişəm bu illər üçün?
Yalandan tərifləməyin, ə, bilirəm kim kimdir
Mən hamını yaxşı tanıyıram, AzRap'in bilirəm içini
Düşünün birdən-birə Rüzgar çöndü nədən belə?
Mən artıq bezdim sizdən, bilinmir qədir-qiymət
Ona görə gələn deyiləm, çağırmayın hədər yerə
Söhbət, qeybət, nifrət, itibdir səmimiyyət
Adil zəng elədi, götürdüm, bir az danışdıq:
"Alo, heç bilirsən nə qədər adam "comment" yazıb?"
"Ай бля", Adil, dirəşmə də, ala! Sən öl, həvəs yoxdur
Onsuz da qədrim bilinmir, gəlməyimin mənası yoxdur
Gedəndən bilirəm kimlər balta vurdu
Əksimə "Facebook"da yazanları da tanıyıram mən
Hansı ki, "qardaş" deyib əlimi sıxanlardır hamısı
Day bundan artıq nə deyim e? Bu "track"ə qulaq assın, utansın
Nəysə, baş qoşmuram, səndən vacib işlərim var
Hər şeydən xəbərim var, hələki susuram
Gör nə qədər düşmənim var
İnanın, bir gün nə vaxtsa gələcək sizə də sıra
Bilirsiniz, alboma başı qarışıb "весь круг"un
Ona görə bağlı qaldı qapısı "Internet Club"un
İş getmir, içəridə alboma aid plan qurulur
Və bu da alboma aid plan, götürün bunu da qurudun!

[Bənd 2: Rüzgar & DeFakto]
Rüzgar, belə olmaz, məncə qayıtmalısan!
"Ай бля", bilirsən ki qayıtmaqla iş düzəlmir
Bir dəqiqə! Hələ bir qayıt, ondan sonra görəcəksən
Bütün işlər necə gedir qaydasında biləcəksən
Rüzgar, belə olmaz, məncə qayıtmalısan sən!
DeFakto, sən ki onların yaxşı tanıyırsan hamısını
Qəhbəlik baş alıb gedir, bilinmir kim kimdir?!
Dost kimdir, düşmən kim, yaxşı kimdir, pis kimdir?!
Rüzgar, gəl uzatma, məncə qayıtmağın lazım!
DeFakto, çox dirəşmə, sikdirəcək hər şey, bil!
Özün də yaxşı bilirsən ki, hər şey gələnə qədər
Bəsdir bu qədər sifət gördüm, görmədiyim hələ nə qədər
Rüzgar, səni başa düşə bilmirəm mən, hamısı buydu?!
"Ай бля", bilmirsən e!
Nəyi bilmirəm e?! Başa sal da, öz dediyini yada sal da!
Çıxıb getmək belə asandır?! Bəs deyirdin:
"Biz ən güclü olacağıq!" - e qayıtmalısan!

[Çıxış: DeFakto]
Eyo, qayıtmağın lazımdır, Rüzgar
Biz ən böyük olacağıq!
Hər son bir başlanğıcqıdır və bu da bizim başlanğıcımız olsun, yeah!

Wissenswertes über das Lied Rüzgar Rap’dən Getdi?! von Rüzgar

Wann wurde das Lied “Rüzgar Rap’dən Getdi?!” von Rüzgar veröffentlicht?
Das Lied Rüzgar Rap’dən Getdi?! wurde im Jahr 2014, auf dem Album “Sərt Əsinti 2” veröffentlicht.
Wer hat das Lied “Rüzgar Rap’dən Getdi?!” von Rüzgar komponiert?
Das Lied “Rüzgar Rap’dən Getdi?!” von Rüzgar wurde von DeFakto, Rüzgar komponiert.

Beliebteste Lieder von Rüzgar

Andere Künstler von