100

Səməd Vurğun, Tamila Rzayeva

Çox keçmişəm bu dağlardan
Durna gözlü bulaqlardan!
Eşitmişəm uzaqlardan
Sakit axan arazları
Sınamışam dostu, yarı

El bilir ki, sən mənimsən
Yurdum, yuvam, məskənimsən
Anam doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana
Odur ki, bağlıyam sana
Hanki səmtə, hanki yana
Hey uçsam da, yuvam sənsən
Elim, günüm, obam sənsən!

Dağlarının başı qardır
Ağ örpəyin buludlardır
Böyük bir keçmişin vardır
Bilinməyir yaşın sənin
Nələr çəkmiş başın sənin

Könlüm keçir Qarabağdan
Gah bu dağdan, gah o dağdan
Axşamüstü qoy uzaqdan
Havalansın xanın səsi
Qarabağın şikəstəsi

Dinlə məni, gözəl Vətən
Bir söz gəlir ürəyimdən
Azadlığın eşqiylə sən
Güləcəksən hər bir zaman
Azərbaycan, Azərbaycan!

Azərbaycan

Beliebteste Lieder von Sona

Andere Künstler von German rap