Dedim

Məmməd Rahim, Elza İbrahimova

[Bənd 1]
Dedim, gəl çıxmayaq uca dağlara
Dedi, qorxma, qorxma duman ha deyil
Dedim, kirpiklərin tökdü qanımı
Dedi ki, qaşlarım kaman ha deyil, deyil

[Bənd 2]
Dedim, gül dərmişəm eşqin bağından
Dedi, keçməmisən Sənan dağından
Dedim, şamamanı dərrəm tağından
Dedi ki, nə olub, talan ha deyil, deyil

[Bənd 3]
Dedim, doymamışam şəhdü-şəkərdən
Dedi, var xəbərim bu son xəbərdən
Dedim, işıqlıdır könlün səhərdən
Dedi, başqa sayaq olan ha deyil, deyil

[Bənd 4]
Dedim, sevdamızı el, hamı bilir
Dedi, kim bu eşqi qeylü-qal bilir?
Dedim, dodağını Rahim bal bilir
Dedi ki, doğrudur, yalan ha deyil, ha…

Wissenswertes über das Lied Dedim von Şövkət Ələkbərova

Wann wurde das Lied “Dedim” von Şövkət Ələkbərova veröffentlicht?
Das Lied Dedim wurde im Jahr 2022, auf dem Album “İfalar, Vol. 1” veröffentlicht.
Wer hat das Lied “Dedim” von Şövkət Ələkbərova komponiert?
Das Lied “Dedim” von Şövkət Ələkbərova wurde von Məmməd Rahim, Elza İbrahimova komponiert.

Beliebteste Lieder von Şövkət Ələkbərova

Andere Künstler von