Bir də baxım bu dünyaya

Baba Vəziroğlu

Ömür kimi axıb gedən
Bir də bu çay axmaz belə
O gözələ bir də baxım
Bir də dönüb baxmaz belə...

Mən doymadım xəzanından
Baharında gözüm qaldı
Yel əsdikcə pıçıldaşan
Çinarlara sözüm qaldı...

İnsan yalnız nağıllarda
Arzulara çatar, gedər
Bir də baxım bu dünyaya
Ömür keçər, qatar gedər...

Bir də baxım axan çaya
Çıxan Günə, doğan Aya
Qismət ola, ya olmaya -
Bir də baxım bu dünyaya!

Wissenswertes über das Lied Bir də baxım bu dünyaya von Tünzalə

Wann wurde das Lied “Bir də baxım bu dünyaya” von Tünzalə veröffentlicht?
Das Lied Bir də baxım bu dünyaya wurde im Jahr 2004, auf dem Album “Bir Də Baxım” veröffentlicht.
Wer hat das Lied “Bir də baxım bu dünyaya” von Tünzalə komponiert?
Das Lied “Bir də baxım bu dünyaya” von Tünzalə wurde von Baba Vəziroğlu komponiert.

Beliebteste Lieder von Tünzalə

Andere Künstler von