Məhəbbət Olmayanda

Əbülfət İslam, Tünzalə

[Bənd 1]
Açılmaz gül qönçəsi
Susar bülbülün səsi
Ölər qəlbin həvəsi
Məhəbbət olmayanda

Açılmaz gül qönçəsi
Susar bülbülün səsi
Ölər qəlbin həvəsi
Məhəbbət olmayanda
Məhəbbət olmayanda

[Nəqərat]
Gəl, gülüm, gəzək qoşa
Salma məni təlaşa
Gəl, gülüm, gəzək qoşa
Salma məni təlaşa

Dünyamız bir tamaşa
Dünyamız bir tamaşa
Ömür çırpılar daşa
Məhəbbət olmayanda

[Bənd 2]
Qəlbi boran, qar alar
Gül köksünü xar alar
Bu gen dünya daralar
Məhəbbət olmayanda

Qəlbi boran, qar alar
Gül köksünü xar alar
Bu gen dünya daralar
Məhəbbət olmayanda
Məhəbbət olmayanda

[Nəqərat]
Gəl, gülüm, gəzək qoşa
Salma məni təlaşa
Gəl, gülüm, gəzək qoşa
Salma məni təlaşa

Dünyamız bir tamaşa
Dünyamız bir tamaşa
Ömür çırpılar daşa
Məhəbbət olmayanda

Wissenswertes über das Lied Məhəbbət Olmayanda von Tünzalə

Wann wurde das Lied “Məhəbbət Olmayanda” von Tünzalə veröffentlicht?
Das Lied Məhəbbət Olmayanda wurde im Jahr 2002, auf dem Album “Sevdi Can Səni” veröffentlicht.
Wer hat das Lied “Məhəbbət Olmayanda” von Tünzalə komponiert?
Das Lied “Məhəbbət Olmayanda” von Tünzalə wurde von Əbülfət İslam, Tünzalə komponiert.

Beliebteste Lieder von Tünzalə

Andere Künstler von