Oxu (Vokaliz)

Tünzalə, Mikayıl Müşfiq

Oxu, sevdiciyim, öz həvəsinlə
İlham qanadlanır sənin səsinlə
Nəğməndə oyansın sellərin səsi
Dan yerindən əsən yellərin səsi

Gülləri qoxlayan bir rüzgar kimi
Qumları oxşayan dalğalar kimi
Titrəyən, çağlayan nəğmən olaydım
Ürəyindən qopan səs mən olaydım

Oxu, qüvvət gəlsin şeirə, sənətə
Könlümün quşunu gətir heyrətə
Nə qədər bənzəyir, vardım fərqinə
Ömrümün ahəngi sənin şərqinə
Ürək kövrəkləşir sən oxuyanda
Sən də dinləsəydin mən oxuyanda
Oxu, sevdiciyim, öz həvəsinlə
İlham qanadlanır sənin səsinlə

Oxu, qüvvət gəlsin şeirə, sənətə
Könlümün quşunu gətir heyrətə
Nə qədər bənzəyir, vardım fərqinə
Ömrümün ahəngi sənin şərqinə
Ürək kövrəkləşir sən oxuyanda
Sən də dinləsəydin mən oxuyanda
Oxu, sevdiciyim, öz həvəsinlə
İlham qanadlanır sənin səsinlə

Wissenswertes über das Lied Oxu (Vokaliz) von Tünzalə

Wann wurde das Lied “Oxu (Vokaliz)” von Tünzalə veröffentlicht?
Das Lied Oxu (Vokaliz) wurde im Jahr 2004, auf dem Album “Bir Də Baxım” veröffentlicht.
Wer hat das Lied “Oxu (Vokaliz)” von Tünzalə komponiert?
Das Lied “Oxu (Vokaliz)” von Tünzalə wurde von Tünzalə, Mikayıl Müşfiq komponiert.

Beliebteste Lieder von Tünzalə

Andere Künstler von