Qəzəl

Əliağa Vahid, Tünzalə

[Bənd 1]
Bilsən sənə, ey gül, nə qədər hörmətimiz var
Bir gün yetərik vəslə, əgər qismətimiz var
Bilsən sənə, ey gül, nə qədər hörmətimiz var
Bir gün yetərik vəslə, əgər qismətimiz var

[Bənd 2]
Heç kimsə bu naz ilə səni bəsləyə bilməz
Xoşdur, sənə qarşı nə qədər zəhmətimiz var
Heç kimsə bu naz ilə səni bəsləyə bilməz
Xoşdur, sənə qarşı nə qədər zəhmətimiz var

[Bənd 3]
Biz istəyirik cənnəti və baği-behişti
Çün bağımız, həm solmayacaq cənnətimiz var
Biz istəyirik cənnəti və baği-behişti
Çün bağımız, həm solmayacaq cənnətimiz var

[Bənd 4]
Bülbül də bizim, gül də bizim, el də bizimdir
Kimdən, gözəlim, indi bizim minnətimiz var?
Bülbül də bizim, gül də bizim, el də bizimdir
Kimdən, gözəlim, indi bizim minnətimiz var?

[Keçid]
Bülbül də bizim, gül də bizim, ey...
Bülbül də bizim, gül də bizim, ey...
El də bizim, gül də bizim, bülbül də, ey...
Bülbül də bizim, gül də bizim, ey-ey...

[Bənd 5]
Qorxma, bizi bir qüvvə pərişan edə bilməz
Zülfün sayı, bil, eşqdə cəmiyyətimiz var
Qorxma, bizi bir qüvvə pərişan edə bilməz
Zülfün sayı, bil, eşqdə cəmiyyətimiz var

[Bənd 6]
Dağlar hərəkət etsə də hətta bizə qarşı
Dəf etməyə aciz deyilik, hümmətimiz var
Dağlar hərəkət etsə də hətta bizə qarşı
Dəf etməyə aciz deyilik, hümmətimiz var

[Bənd 7]
Qüvvətli təbiət bizə baş əyir indi
Eşq əhliyik, hər yerdə bizim qüdrətimiz var
Qüvvətli təbiət bizə baş əyir indi
Eşq əhliyik, hər yerdə bizim qüdrətimiz var

[Bənd 8]
Qüdrətli zəfər bayrağı parlar əlimizdə
Azadəliyə, sülhə böyük rəğbətimiz var
Qüdrətli zəfər bayrağı parlar əlimizdə
Azadəliyə, sülhə böyük rəğbətimiz var

Azadəliyə, sülhə böyük rəğbətimiz var
Azadəliyə, sülhə böyük rəğbətimiz var

Wissenswertes über das Lied Qəzəl von Tünzalə

Auf welchen Alben wurde das Lied “Qəzəl” von Tünzalə veröffentlicht?
Tünzalə hat das Lied auf den Alben “Özümü Bilirəm”, “Sevdi Can Səni” im Jahr 2002 und “Anam Azərbaycan” im Jahr 2011 veröffentlicht.
Wer hat das Lied “Qəzəl” von Tünzalə komponiert?
Das Lied “Qəzəl” von Tünzalə wurde von Əliağa Vahid, Tünzalə komponiert.

Beliebteste Lieder von Tünzalə

Andere Künstler von