Qovuş Ona

Sura Əsgərli, Tünzalə

[Bənd 1]
Zehnimdə, qəlbimdə, fikrimdəymiş, dərindəymiş
Ona tək yol düşüncəymiş, düşününcə ipincəymiş
Zehnimdə, qəlbimdə fikrimdəymiş, dərindəymiş
Ona tək yol düşüncəymiş, düşününcə ipincəymiş
Cizgiləri gizlənirmiş o gərçəkmiş
O gərçəkmiş

[Nəqərat]
Qorxma, qaçma, qovuş ona
İnan, güvən
Danış ona hekayəni
Dinləyəcək səni, məni, bizi
Çün bilir içimizi, qoparıb atmaz
Zərrəsini əsirgəməz sevgisinin

[Bənd 2]
Çox arasam da yerlərdə, göylərdə içimdəymiş
Zamandan da, məkandan da düşününcə münəzzəhmiş
Zərrələri birləşirmiş, o gərçəkmiş
O gərçəkmiş

[Nəqərat]
Qorxma, qaçma, qovuş ona
İnan, güvən
Danış ona hekayəni
Dinləyəcək səni, məni, bizi
Çün bilir içimizi, qoparıb atmaz
Zərrəsini əsirgəməz sevgisinin

Qorxma, qaçma, sığın ona
İnan, güvən
Danış ona hekayəni
Dinləyəcək səni, məni, bizi
Çün bilir içimizi, qoparıb atmaz
Zərrəsini əsirgəməz sevgisinin

[Çıxış]
Rənginmiş, irqinmiş bunlar fərq etməzmiş
Dön içinə, bax qəlbinə Allah səninləymiş

Qorxma, qaçma, qovuş ona
İnan, güvən
Danış ona hekayəni
Dinləyəcək səni, məni, bizi
Çün bilir içimizi, qoparıb atmaz
Zərrəsini əsirgəməz sevgisinin

Wissenswertes über das Lied Qovuş Ona von Tünzalə

Wann wurde das Lied “Qovuş Ona” von Tünzalə veröffentlicht?
Das Lied Qovuş Ona wurde im Jahr 2022, auf dem Album “Salamat Qal” veröffentlicht.
Wer hat das Lied “Qovuş Ona” von Tünzalə komponiert?
Das Lied “Qovuş Ona” von Tünzalə wurde von Sura Əsgərli, Tünzalə komponiert.

Beliebteste Lieder von Tünzalə

Andere Künstler von