Sən Naz İlə Gül

Əliağa Vahid, Tünzalə

[Bənd 1]
Sən zülfünü aç tök üzünə, şanəsi məndən
Zənciri nişan ver mənə, divanəsi məndən
Sən zülfünü aç tök üzünə, şanəsi məndən
Zənciri nişan ver mənə, divanəsi məndən

Sən aşiqi yandırmağa, mən yanmağa mail
Sən şəmini göstər mənə, pərvanəsi məndən
Sən aşiqi yandırmağa, mən yanmağa mail
Sən şəmini göstər mənə, pərvanəsi məndən

[Nəqərat]
Sən naz ilə gül ki, sədəfin qiyməti artsın
Göz yaşı kimi incisi, dürdanəsi məndən
Sən naz ilə gül ki, sədəfin qiyməti artsın
Göz yaşı kimi incisi, dürdanəsi məndən

[Bənd 2]
Zülfün qədəri aşiq olan var sənə, ey gül
Sən söylə o Məcnunları, əfsanəsi məndən

Sərməst gözün fitnə, ləbin nəşəli badə
İçdir mənə ol badəni, peymanəsi məndən
Sərməst gözün fitnə, ləbin nəşəli badə
İçdir mənə ol badəni, peymanəsi məndən

[Nəqərat]
Sən naz ilə gül ki, sədəfin qiyməti artsın
Göz yaşı kimi incisi, dürdanəsi məndən
Sən naz ilə gül ki, sədəfin qiyməti artsın
Göz yaşı kimi incisi, dürdanəsi məndən

Sən naz ilə gül ki, sədəfin qiyməti artsın
Göz yaşı kimi incisi, dürdanəsi məndən
Sən naz ilə gül ki...
Göz yaşı kimi incisi, dürdanəsi məndən

Wissenswertes über das Lied Sən Naz İlə Gül von Tünzalə

Wann wurde das Lied “Sən Naz İlə Gül” von Tünzalə veröffentlicht?
Das Lied Sən Naz İlə Gül wurde im Jahr 2022, auf dem Album “Salamat Qal” veröffentlicht.
Wer hat das Lied “Sən Naz İlə Gül” von Tünzalə komponiert?
Das Lied “Sən Naz İlə Gül” von Tünzalə wurde von Əliağa Vahid, Tünzalə komponiert.

Beliebteste Lieder von Tünzalə

Andere Künstler von