Yoxsan Bu Şəhərdə

Tünzalə, Vahid Əziz

[Bənd 1]
Elə ki, külək uyudu
Səsli - küylü küçələrdə
Elə ki hava soyudu
Demək, yoxsan bu şəhərdə
Bu şəhərdə

Elə ki, yuxum qarışdı
Sevincə qorxum qarışdı
Qəlbim dərdlə ki, barışdı
Demək, yoxsan bu şəhərdə
Bu şəhərdə

[Nəqərat]
Evində işığın sönük
Yox, olmazsan üzüdönük
Ən uzağı, bircə günlük
Demək, yoxsan bu şəhərdə

Deyək: "Vaxtı çatıb, gedib"
Deyək: "Aydır, batıb, gedib"
Soruşsalar: "Atıb, gedib?”
Deyək: "Yoxdur bu şəhərdə"
“Bu şəhərdə”

[Bənd 2]
Göydə ulduz doğulmursa
Canım evə yığılmırsa
Telefonum dağılmırsa
Demək, yoxsan bu şəhərdə
Bu şəhərdə

[Nəqərat]
Evində işığın sönük
Yox, olmazsan üzüdönük
Ən uzağı, bircə günlük
Demək, yoxsan bu şəhərdə

Deyək: "Vaxtı çatıb, gedib"
Deyək: "Aydır, batıb, gedib"
Soruşsalar: "Atıb, gedib?”
Deyək: "Yoxdur bu şəhərdə"
“Bu şəhərdə”

Evində işığın sönük
Yox, olmazsan üzüdönük
Ən uzağı, bircə günlük
Demək, yoxsan bu şəhərdə

Deyək: "Vaxtı çatıb, gedib"
Deyək: "Aydır, batıb, gedib"
Soruşsalar: "Atıb, gedib?”
Deyək: "Yoxdur bu şəhərdə"
Deyək: "Yoxdur bu şəhərdə"
“Bu şəhərdə”

Deyək: "Yoxdur bu şəhərdə"
Deyək: "Yoxdur bu şəhərdə"
“Bu şəhərdə”
“Bu şəhərdə”
“Bu şəhərdə’’

Wissenswertes über das Lied Yoxsan Bu Şəhərdə von Tünzalə

Wer hat das Lied “Yoxsan Bu Şəhərdə” von Tünzalə komponiert?
Das Lied “Yoxsan Bu Şəhərdə” von Tünzalə wurde von Tünzalə, Vahid Əziz komponiert.

Beliebteste Lieder von Tünzalə

Andere Künstler von