Qayıdın Dala (feat. Sham)
Qayıdın dala, qayıdın dala
Qayıdın dala, ən azdan çoxa
Durmusunuz uzaqda saxtalar kimi
Danışır yenə də yalanlar biri
Arxada qalanlar anlamaz məni
Özlərini bir şey sananlar
Anlamını axtar, anlamını tap onun
Bütləri devir və əfsanə ol
Vərdişin ziyanı deyil ki, son
Uçuram uzaya bax pluton
Duyğuların sonu duyğum yox daha
Təkcə qalan yekə hissim var
Onu hiss etməm daha axtar tap
Çıxdı günəş parladı dolunay
Kaosun içində böyüyüb rahat
Açıldı qanad özümüzə baxaq
Axırda qalan anlamadın adam
Biraz tələs yoxdur yenə zaman
Sənin də, mənim də beynim dolu
Axtarıb sonunda tapdım onu
Qapıldım onunda sapdı bu yolu
İtirdim yolu yazıldı bu sonum
Hakiməm oynadığım budur oyun
Yediyini ye və sonunda doyun
Açıldı qoyun, pul ilə soyun
Təhlükə yaxındır, uzaqdır yolum
Qayıdın dala, qayıdın dala
Qayıdın dala, ən azdan çoxa...
Görürəm ama yenə də, gizlən
Gülüşüm içimdəki isyanı gizlər
Yenə qəlbini ələ keçirir hisslər
Haha... Durma hirslən!
Mağara adamı elitistlər
Dərdin nədir? ürəyin nə istər?
Sanki qazandı sonunda pislər
Bəlkə qaldı travmadan izlər
Sizlər ya da bizlər
Gecələr və gündüzlər
Kimi sevinər, kimi üzülər
Sonda yanlışa dönüşər o düzlər
Keçmişin önündə düzülər
O gün duyğular göylərdə süzülər
Dözər gözlər ya da ağlar
Bir tərəfdə qaralar və ağlar
Zehnin dağılar, vaxtı saxlar
Qarla doldu güvəndiyin dağlar
Kimi boş versin, kimi çağırar
Kimi açar, kimi bağlar
Kimi birləşər, kimi dağılar
Nəyə baxılar?
Bir səbəb de zehnim və ağıllan
Dörd yanında paxıllar baxırlar
Qırılar daxıllar
Nə oldu birdən birə?
Daha da qəribələşim ildən ilə
Beynimdə özümdən başqa 2 nəfər var, de
Adlarını kimlər bilər?
Zirvədəkini yamacdan pislə
Savaş varkən nə edirəm mən peace ilə?
Otur uzaqdan sən izlə, ya da
Qayıdın dala takılın bizlə
Qayıdın dala, qayıdın dala
Qayıdın dala, ən azdan çoxa
Tək bir an, tək bir qan
Tək bir get, tək bir qal
Tək bir sön, tək bir yan
Tək bir söz, qal viran
Tək bir ev, tək bir qala
Tək bir son, zəngi çala
Tək bir kəlimə yada sala
Qayıdın dala