Ay Gözəl

Xalq Mahnısı

[Bənd 1: Xan Şuşinski]
Ay gözəl, gedək gəzməyə bağa
Ay gözəl, gedək gəzməyə bağa
Qoy bir az baxım o gül yanağa

[Şövkət Ələkbərova]
Yanaqlarımı neynirsən, oğlan?
Dağlarda çiçək görməmisənmi?
Yanaqlarımı neynirsən, oğlan?
Dağlarda çiçək görməmisənmi?

[Bənd 2: Xan Şuşinski]
Ay qız, sevmişəm gül camalını
Ay qız, sevmişəm gül camalını
Bir insaf elə, göstər xalını

[Şövkət Ələkbərova]
Oğlan, gəl burax xam xəyalını
Məgər hil, mixək görməmisənmi?
Oğlan, gəl burax xam xəyalını
Məgər hil, mixək görməmisənmi?

[Bənd 3: Xan Şuşinski]
Xumar dodağın dərdimə dərman
Xumar dodağın dərdimə dərman
Onları mənə göstər, ay canan

[Şövkət Ələkbərova]
Dodaqlarımı neynirsən, oğlan?
Məgər beçə bal görməmisənmi?
Dodaqlarımı neynirsən, oğlan?
Məgər beçə bal görməmisənmi?

[Bənd 4: Xan Şuşinski]
Sən bizim eldə bir nazlı dilbər
Sən bizim eldə bir nazlı dilbər
Səbrim qalmadı, qaşını göstər

[Şövkət Ələkbərova]
Oğlan, qaşımı neynirsən, məgər?
Gecələr hilal görməmisənmi?
Oğlan, qaşımı neynirsən, məgər?
Gecələr hilal görməmisənmi?

Wissenswertes über das Lied Ay Gözəl von Şövkət Ələkbərova

Wann wurde das Lied “Ay Gözəl” von Şövkət Ələkbərova veröffentlicht?
Das Lied Ay Gözəl wurde im Jahr 2022, auf dem Album “İfalar, Vol. 1” veröffentlicht.
Wer hat das Lied “Ay Gözəl” von Şövkət Ələkbərova komponiert?
Das Lied “Ay Gözəl” von Şövkət Ələkbərova wurde von Xalq Mahnısı komponiert.

Beliebteste Lieder von Şövkət Ələkbərova

Andere Künstler von