Ay Qız, Kimin Qızısan
[Bənd 1]
Ay qız, kimin qızısan?
Almadan qırmızısan
Anan səni bəsləyib
Böyüyəndə gəlinsən
[Nəqərat]
Aç xurcunu, al bıçağı
Kəs almanı, ver yara
Dilim-dilim, dilim-dilim
[Bənd 2]
Ay qız, sənə mailəm
Boynunda hamayiləm
Dost payı şirin olar
Hər nə versən, qailəm
[Nəqərat]
Aç xurcunu, al bıçağı
Kəs almanı, ver yara
Dilim-dilim, dilim-dilim
[Bənd 3]
Dağlar üstü Miyana
Gül sünbülə dayana
Oxu, bülbülüm, oxu
Bəlkə yarım oyana
[Nəqərat]
Aç xurcunu, al bıçağı
Kəs almanı, ver yara
Dilim-dilim, dilim-dilim
Aç xurcunu, al bıçağı
Kəs almanı, ver yara
Dilim-dilim, dilim-dilim