Bakı Gecələri

Ələkbər Tağıyev, Ələkbər Ziyatay

[Bənd 1]
Aylı gecə, doğma şəhər
Ətrafına sal bir nəzər
Yollarını nurla bəzər
Bizim Bakı gecələri
Yollarını nurla bəzər
Bizim Bakı gecələri

Əsər külək sərin-sərin
Əsər külək sərin-sərin
Qucağından göy Xəzərin
Gözəlidir gecələrin
Bizim Bakı gecələri
Gözəlidir gecələrin
Bizim Bakı gecələri

[Nəqərat]
Bəzən sakit həyatlıdır
Bəzən toylu-büsatlıdır
Bəzən sakit həyatlıdır
Bəzən toylu-büsatlıdır

Göy göyərçin qanadlıdır
Bizim Bakı gecələri
Bizim Bakı gecələri
Bizim Bakı gecələri
Gecələri, gecələri…

[Bənd 2]
Xoş ətirli yaza bənzər
Yüz nəğməli saza bənzər
Qara gözlü qıza bənzər
Bizim Bakı gecələri
Qara gözlü qıza bənzər
Bizim Bakı gecələri

Söhbətini şirin-şirin
Söhbətini şirin-şirin
Dinlər qoşa gəzənlərin
Sirdaşıdır gözəllərin
Bizim Bakı gecələri
Sirdaşıdır gözəllərin
Bizim Bakı gecələri

[Nəqərat]
Bəzən sakit həyatlıdır
Bəzən toylu-büsatlıdır
Bəzən sakit həyatlıdır
Bəzən toylu-büsatlıdır

Göy göyərçin qanadlıdır
Bizim Bakı gecələri
Bizim Bakı gecələri
Bizim Bakı gecələri
Gecələri, gecələri…

Wissenswertes über das Lied Bakı Gecələri von Şövkət Ələkbərova

Wann wurde das Lied “Bakı Gecələri” von Şövkət Ələkbərova veröffentlicht?
Das Lied Bakı Gecələri wurde im Jahr 2022, auf dem Album “İfalar, Vol. 5” veröffentlicht.
Wer hat das Lied “Bakı Gecələri” von Şövkət Ələkbərova komponiert?
Das Lied “Bakı Gecələri” von Şövkət Ələkbərova wurde von Ələkbər Tağıyev, Ələkbər Ziyatay komponiert.

Beliebteste Lieder von Şövkət Ələkbərova

Andere Künstler von