Dedi, Tələsmə

Ramiz Mirişli, Nəriman Həsənzadə

[Bənd 1]
Dedi: “Mən sevirəm”, dedim: “Sevginən”
Dedi: “Qoşa gəzək”, dedim: “Tələsmə”
Dedi: “Bağ içidir”, dedim: “Seyr elə”
Dedi: “Bir gül üzək”, dedim: “Tələsmə”

[Nəqərat]
Dedi: “Bir cavab ver, xəyala varma, xəyala varma”
Dedim: “Zəhmət çəkib”, dedim, “zəhmət çəkib özünü yorma”
Dedim: “Qadan alım”, dedi: “Yalvarma”
Dedi: “Yalvarma”
Dedi: “Onda küsək”, dedim: “Tələsmə”
Ah, dedi: “Onda küsək”, dedim: “Tələsmə”

[Bənd 2]
Dedi: “Mən aşiqəm gül yanağına”
Dedim: “Bülbül qonar gül budağına”
Dedi: “Üzük alım mən barmağına, əhdi-peyman kəsək”
Dedim: “Tələsmə”

[Nəqərat]
Dedi: “Bir cavab ver, xəyala varma, xəyala varma”
Dedim: “Zəhmət çəkib”, dedim, “zəhmət çəkib özünü yorma”
Dedi: “Qadan alım”, dedim: “Yalvarma”
Dedim: “Yalvarma”
Dedi: “Onda küsək”, dedim: “Tələsmə”
Ah, dedi: “Onda küsək”, dedim: “Tələsmə”

Wissenswertes über das Lied Dedi, Tələsmə von Şövkət Ələkbərova

Wann wurde das Lied “Dedi, Tələsmə” von Şövkət Ələkbərova veröffentlicht?
Das Lied Dedi, Tələsmə wurde im Jahr 2022, auf dem Album “İfalar, Vol. 4” veröffentlicht.
Wer hat das Lied “Dedi, Tələsmə” von Şövkət Ələkbərova komponiert?
Das Lied “Dedi, Tələsmə” von Şövkət Ələkbərova wurde von Ramiz Mirişli, Nəriman Həsənzadə komponiert.

Beliebteste Lieder von Şövkət Ələkbərova

Andere Künstler von