Getmə

Səid Rüstəmov, Xalq Bayatıları

[Bənd 1]
Gözlərin aldı məni
Kəməndə saldı məni
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl

Amandır, qoymayın
Yar gözdən saldı məni
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl

[Nəqərat]
Qurbanam xan gözünə
Nazla baxan gözünə, yar
Qurbanam xan gözünə
Nazla baxan gözünə, yar

Yenə sürmə çəkmisən
Evlər yıxan gözünə, yar
Getmə, getmə, gəl

[Bənd 2]
Elə bil qəsdi nədir
Gözlərin məsti nədir?
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl

Yar məni incitməkdə
Bilmirəm, qəsdi nədir
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl

[Nəqərat]
Qurbanam xan gözünə
Nazla baxan gözünə, yar
Qurbanam xan gözünə
Nazla baxan gözünə, yar

Yenə sürmə çəkmisən
Evlər yıxan gözünə, yar
Getmə, getmə, gəl

[Bənd 3]
Sənin ala gözlərin
Canım ala gözlərin
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl

Qorxuram, birdən öləm
Yada qala gözlərin
Getmə, getmə, gəl, gözəl yar
Getmə, getmə, gəl

[Nəqərat]
Qurbanam xan gözünə
Nazla baxan gözünə, yar
Qurbanam xan gözünə
Nazla baxan gözünə, yar

Yenə sürmə çəkmisən
Evlər yıxan gözünə, yar
Getmə, getmə, gəl...

Wissenswertes über das Lied Getmə von Şövkət Ələkbərova

Wann wurde das Lied “Getmə” von Şövkət Ələkbərova veröffentlicht?
Das Lied Getmə wurde im Jahr 2022, auf dem Album “İfalar, Vol. 6” veröffentlicht.
Wer hat das Lied “Getmə” von Şövkət Ələkbərova komponiert?
Das Lied “Getmə” von Şövkət Ələkbərova wurde von Səid Rüstəmov, Xalq Bayatıları komponiert.

Beliebteste Lieder von Şövkət Ələkbərova

Andere Künstler von