Məhəbbət
[Bənd 1]
O, bu boyda bir cahanı yaradıb, yaradıb
Yeri, göyü, asimanı yaradıb, yaradıb
O, bu boyda bir cahanı yaradıb, yaradıb
Yeri, göyü, asimanı yaradıb, yaradıb
İnsan onu, o, insanı yaradıb, yaradıb
Bu həyatın əlifbası məhəbbət, məhəbbət
Ən ilk nəğmə, ən ilk yazı məhəbbət, məhəbbət
Ah, məhəbbət
İnsan onu, o, insanı yaradıb, yaradıb
Bu həyatın əlifbası məhəbbət, məhəbbət
Ən ilk nəğmə, ən ilk yazı məhəbbət, məhəbbət
Ah, məhəbbət
[Bənd 2]
Hər ömürdə bir ulduza dönər o, dönər o
Gah şimşəktək birdən çaxıb sönər o, sönər o
Hər ömürdə bir ulduza dönər o, dönər o
Gah şimşəktək birdən çaxıb sönər o, sönər o
Gizli gələr, fəqət aşkar dinər o, dinər o
Canda nəfəs, damarda qan məhəbbət, məhəbbət
Həm var olan, həm yox olan məhəbbət, məhəbbət
Ah, məhəbbət
Gizli gələr, fəqət aşkar dinər o, dinər o
Canda nəfəs, damarda qan məhəbbət, məhəbbət
Həm var olan, həm yox olan məhəbbət, məhəbbət
Ah, məhəbbət
[Bənd 3]
O dəryadır kükrəyəndə, daşanda, daşanda
O gövhərdir üzüklərin qaşında, qaşında
O dəryadır kükrəyəndə, daşanda, daşanda
O gövhərdir üzüklərin qaşında, qaşında
O sevdadır, hey dolanır başımda, başımda
Gah ağıllı, gah divanə məhəbbət, məhəbbət
Həm həqiqət, həm əfsanə məhəbbət, məhəbbət
Ah, məhəbbət
O sevdadır, hey dolanır başımda, başımda
Gah ağıllı, gah divanə məhəbbət, məhəbbət
Həm həqiqət, həm əfsanə məhəbbət, məhəbbət
Ah məhəbbət
Həm həqiqət, həm əfsanə məhəbbət, məhəbbət
Ah, məhəbbət
Həm həqiqət, həm əfsanə məhəbbət, məhəbbət
Ah, məhəbbət