Oxu, Tar

Mikayıl Müşfiq, Ramiz Mirişli

[Nəqərat: Şövkət Ələkbərova]
Oxu, tar, oxu, tar
Səsindən ən lətif şeirlər dinləyim
Oxu, tar, bir qədər
Nəğməni su kimi alışan ruhuma çiləyim
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti

[Bənd 1: İslam Rzayev]
Zilin var, vəsətin, bəmin var
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var

Zilin var, vəsətin, bəmin var
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var

Səni də avara eyləmiş
Dağınıq telli bir zərəfşan
Onunçün segahın danışır
Pərişan, pərişan

O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?

[Nəqərat: Şövkət Ələkbərova]
Oxu, tar, oxu, tar
Səsindən ən lətif şeirlər dinləyim
Oxu, tar, bir qədər
Nəğməni su kimi alışan ruhuma çiləyim

Oxu, tar
Səni kim unudar?

Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti

Wissenswertes über das Lied Oxu, Tar von Şövkət Ələkbərova

Wann wurde das Lied “Oxu, Tar” von Şövkət Ələkbərova veröffentlicht?
Das Lied Oxu, Tar wurde im Jahr 2022, auf dem Album “İfalar, Vol. 3” veröffentlicht.
Wer hat das Lied “Oxu, Tar” von Şövkət Ələkbərova komponiert?
Das Lied “Oxu, Tar” von Şövkət Ələkbərova wurde von Mikayıl Müşfiq, Ramiz Mirişli komponiert.

Beliebteste Lieder von Şövkət Ələkbərova

Andere Künstler von