Qadan Alım (Bağda gəzən nazənin)

Hacı Xanməmmədov, Aşıq Ələsgər

[Bənd 1]
Səhər-səhər bağda gəzən nazənin
Dəstinlə qönçəni üz, qadan alım
Səhər-səhər bağda gəzən nazənin
Dəstinlə qönçəni üz, qadan alım

Süsəndən, sünbüldən, lalə, nərgizdən
Siyah tellərinə düz, qadan alım
Süsəndən, sünbüldən, lalə, nərgizdən
Siyah tellərinə düz, qadan alım

[Nəqərat]
Yar, yar, yar, yar, yar, yar...
Qadan alım, qadan alım, qadan alım, yar, yar
Qadan alım, qadan alım, qadan alım, yar
Qadan alım, yar, qadan alım, yar, ay qadan alım

[Bənd 2]
Göyərçinsən, eyvanıma qonasan
Nola, bir mənim dərdimi qanasan
Göyərçinsən, eyvanıma qonasan
Nola, bir mənim dərdimi qanasan

Teli əyri, yaşılbaşlı sonasan
Gəl, bizim göllərdə üz, qadan alım
Teli əyri, yaşılbaşlı sonasan
Gəl, bizim göllərdə üz, qadan alım

[Nəqərat]
Yar, yar, yar, yar, yar, yar...
Qadan alım, qadan alım, qadan alım, yar, yar
Qadan alım, qadan alım, qadan alım, yar
Qadan alım, yar, qadan alım, yar, ay qadan alım

[Bənd 3]
Aşıq Ələsgərin qədrini bilsən
Ağlayıb çeşminin yaşını silsən
Aşıq Ələsgərin qədrini bilsən
Ağlayıb çeşminin yaşını silsən

Asta qədəm qoyub bir bizə gəlsən
Yerin var göz üstə, gəl, qadan alım
Asta qədəm qoyub bir bizə gəlsən
Yerin var göz üstə, gəl, qadan alım

[Nəqərat]
Yar, yar, yar, yar, yar, yar...
Qadan alım, qadan alım, qadan alım, yar, yar
Qadan alım, qadan alım, qadan alım, yar
Qadan alım, yar, qadan alım, yar, ay qadan alım

Wissenswertes über das Lied Qadan Alım (Bağda gəzən nazənin) von Şövkət Ələkbərova

Wann wurde das Lied “Qadan Alım (Bağda gəzən nazənin)” von Şövkət Ələkbərova veröffentlicht?
Das Lied Qadan Alım (Bağda gəzən nazənin) wurde im Jahr 2023, auf dem Album “İfalar Vol. 10” veröffentlicht.
Wer hat das Lied “Qadan Alım (Bağda gəzən nazənin)” von Şövkət Ələkbərova komponiert?
Das Lied “Qadan Alım (Bağda gəzən nazənin)” von Şövkət Ələkbərova wurde von Hacı Xanməmmədov, Aşıq Ələsgər komponiert.

Beliebteste Lieder von Şövkət Ələkbərova

Andere Künstler von