Şən Azərbaycan

Polad Bülbüloğlu, Məstan Günər

[Bənd 1]
Qoy mən yenə söhbət açım ilk baharımdan
Nəğməm ilə bir də keçim öz diyarımdan

[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!

[Bənd 2]

El qızları düzüm-düzüm Kür qırağında
Min gül açır Gəncəmizin hər budağında
Dost elləri Qarabağın dağ vüqarlıdır
Gen çölləri bu torpağın xoş baharlıdır

[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!

[Bənd 3]

Hər damlası layla çalan göy Xəzərin var
Hər ulduzu nəğmə olan min şəhərin var
Keçdim yenə çiçək-çiçək hər mahalından
Öz yurdumun doymaz ürək yüz vüsalından

[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!
Hər yanı gülşən Azərbaycan!

Wissenswertes über das Lied Şən Azərbaycan von Şövkət Ələkbərova

Wann wurde das Lied “Şən Azərbaycan” von Şövkət Ələkbərova veröffentlicht?
Das Lied Şən Azərbaycan wurde im Jahr 2022, auf dem Album “İfalar, Vol. 6” veröffentlicht.
Wer hat das Lied “Şən Azərbaycan” von Şövkət Ələkbərova komponiert?
Das Lied “Şən Azərbaycan” von Şövkət Ələkbərova wurde von Polad Bülbüloğlu, Məstan Günər komponiert.

Beliebteste Lieder von Şövkət Ələkbərova

Andere Künstler von