Söz Olmasaydı

İbrahim Topçubaşov, Ənvər Əlibəyli

[Bənd 1]
Dağlarda duman gözəldir
Qaşların kaman gözəldir
Dağlarda duman gözəldir
Qaşların kaman gözəldir

Sözünə heç bir söz olmaz
Gözlərin yaman gözəldir
Sözünə heç bir söz olmaz
Gözlərin yaman gözəldir

[Keçid]
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan

[Nəqərat]
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm

Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar
Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar

[Bənd 2]
Söyüdlər başın əyəndə
Sənə mən yarım deyəndə
Söyüdlər başın əyəndə
Sənə mən yarım deyəndə

Sanaram dünya mənimdir
Gözünə gözüm dəyəndə
Sanaram dünya mənimdir
Gözünə gözüm dəyəndə

[Keçid]
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan

[Nəqərat]
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm

Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar
Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar

[Bənd 3]
O qara göz olmasaydı
Əhdimiz düz olmasaydı
O qara göz olmasaydı
Əhdimiz düz olmasaydı

Sənə heç könül verərdim
Sözümüz söz olmasaydı?
Sənə heç könül verərdim
Sözümüz söz olmasaydı?

[Keçid]
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan
Alıbdır ağlımı başdan
Keçmək olmaz bu göz-qaşdan

[Nəqərat]
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm
Səni mən yaman sevirəm
Ürəkdən, candan sevirəm

Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar
Mənə gəl eylə vəfa, yar
Aşiqə etmə cəfa, yar

Wissenswertes über das Lied Söz Olmasaydı von Şövkət Ələkbərova

Wann wurde das Lied “Söz Olmasaydı” von Şövkət Ələkbərova veröffentlicht?
Das Lied Söz Olmasaydı wurde im Jahr 2022, auf dem Album “İfalar, Vol. 5” veröffentlicht.
Wer hat das Lied “Söz Olmasaydı” von Şövkət Ələkbərova komponiert?
Das Lied “Söz Olmasaydı” von Şövkət Ələkbərova wurde von İbrahim Topçubaşov, Ənvər Əlibəyli komponiert.

Beliebteste Lieder von Şövkət Ələkbərova

Andere Künstler von