Tez Gəl (İfalar Vol. 7 Albomundan)

Tofiq Quliyev, Zeynal Cabbarzadə

[Bənd 1]
Yenə göy üzünü, bulud aldı, yar
Ah, niyə gəlmədi? Harada qaldı?
Yenə göy üzünü, bulud aldı, yar
Ah, niyə gəlmədi? Harada qaldı?
Gözümü yolda qoyub bir yubanan yar, nə edim?
Gözümü yolda qoyub bir yubanan yar

[Nəqərat]
Ah, baxıram yağışa
Gedirəm o başa
Gəlirəm bu başa
Ah, baxırsan yağışa
Bəlkə də, başını atırsan balışa
Gülüm harada qaldı? Qaş qaraldı

Gözümü yolda qoyub bir yubanan yar, nə edim?
Gözümü yolda qoyub bir yubanan yar

[Bənd 2]
Yar gəlir görüşə, gözüm aydın, yar
Sürüşə-sürüşə, gözüm aydın
Yar gəlir görüşə, gözüm aydın, yar
Sürüşə-sürüşə, gözüm aydın
İslanıb üstü-başı yaz yağışından yarımın
Tökülür bir can alan naz baxışından

[Nəqərat]
Ah, qurbanam nazına
Yurdumun qızına
Qışına, yazına
Ah, bal kimi sözünə
Qapqara gözünə
Ay kimi üzünə

Gülüm, xoş gəlmisən
Mənimkisən
Ay ötür, il dolanır
Öz gözəlimsən, gözəlim
Ay ötür, il dolanır
Öz gözəlimsən

Ay ötür, il dolanır
Öz gözəlimsən, gözəlim
Ay ötür, il dolanır
Öz gözəlimsən

Wissenswertes über das Lied Tez Gəl (İfalar Vol. 7 Albomundan) von Şövkət Ələkbərova

Wann wurde das Lied “Tez Gəl (İfalar Vol. 7 Albomundan)” von Şövkət Ələkbərova veröffentlicht?
Das Lied Tez Gəl (İfalar Vol. 7 Albomundan) wurde im Jahr 2022, auf dem Album “İfalar Vol. 7” veröffentlicht.
Wer hat das Lied “Tez Gəl (İfalar Vol. 7 Albomundan)” von Şövkət Ələkbərova komponiert?
Das Lied “Tez Gəl (İfalar Vol. 7 Albomundan)” von Şövkət Ələkbərova wurde von Tofiq Quliyev, Zeynal Cabbarzadə komponiert.

Beliebteste Lieder von Şövkət Ələkbərova

Andere Künstler von