Uca Dağlar Başında
[Bənd 1]
Uca dağlar başından səslərəm səni
Səslərəm səni, balam, səslərəm səni
İki gözüm üstdə bəslərəm səni
Bəslərəm səni, balam, bəslərəm səni
[Nəqərat]
Yar, gülə-gülə, yar, bilə-bilə
Mən aşiq oldum, balam, bir şirin dilə
Mən aşiq oldum, balam, bir şirin dilə
[Bənd 2]
Uca dağlar başında bir sürü quzu
Bir sürü quzu, balam, bir sürü quzu
Quzuları otarır bir çoban qızı
Bir çoban qızı, balam, bir çoban qızı
[Nəqərat]
Yar, gülə-gülə, yar, bilə-bilə
Mən aşiq oldum, balam, bir şirin dilə
Mən aşiq oldum, balam, bir şirin dilə
[Bənd 3]
Uca dağlar başında bir sürü ceyran
Bir sürü ceyran, balam, bir sürü ceyran
Yarın ala gözlərinə olmuşam heyran
Olmuşam heyran, balam, olmuşam heyran
[Nəqərat]
Yar, bilə-bilə, yar, gülə-gülə
Mən aşiq oldum, balam, bir şirin dilə
Mən aşiq oldum, balam, bir şirin dilə, dilə...