Vağzalı Çalınır

Süleyman Ələsgərov, Tofiq Bayram

[Bənd 1]
Duvağa bürünüb yola düşürsən
Qonşular telinə çiçək bağlayır
Duvağa bürünüb yola düşürsən
Qonşular telinə çiçək bağlayır

Ay qızım, sən haldan-hala düşürsən
Vağzalı çalınır, anam ağlayır
Ay qızım, sən haldan-hala düşürsən
Vağzalı çalınır, anam ağlayır

[Nəqərat]
Bir evdən bir evə səadət gedir
Biri yola salır, biri səsləyir
Bir evdən bir evə səadət gəlir
Biri yola salır, biri səsləyir

Bir ana qızını burada ləngidir
Bir ana həsrətlə gəlin gözləyir
Bir ana qızını burada ləngidir
Bir ana həsrətlə gəlin gözləyir

[Bənd 2]
Ortada fərəhlə süzür gəlinlər
Qızlar oğrun-oğrun yar soraqlayır
Ortada fərəhlə süzür gəlinlər
Qızlar oğrun-oğrun yar soraqlayır

Gülür, qəh-qəh çəkir toya gələnlər
Vağzalı çalınır, anam ağlayır
Gülür, qəh-qəh çəkir toya gələnlər
Vağzalı çalınır, anam ağlayır

[Nəqərat]
Gedirsən ən şirin arzu-kam kimi
Vağzalı çalınsın, get yavaş-yavaş
Gedirsən ən şirin arzu-kam kimi
Vağzalı çalınsın, get yavaş-yavaş

Dünyada hər ana öz anam kimi
Bircə toy günündə ağlayaydı kaş!
Dünyada hər ana öz anam kimi
Bircə toy günündə ağlayaydı kaş!

Dünyada hər ana öz anam kimi
Bircə toy günündə ağlayaydı kaş…
Dünyada hər ana öz anam kimi
Bircə toy günündə ağlayaydı kaş!

Wissenswertes über das Lied Vağzalı Çalınır von Şövkət Ələkbərova

Wann wurde das Lied “Vağzalı Çalınır” von Şövkət Ələkbərova veröffentlicht?
Das Lied Vağzalı Çalınır wurde im Jahr 2022, auf dem Album “İfalar, Vol. 6” veröffentlicht.
Wer hat das Lied “Vağzalı Çalınır” von Şövkət Ələkbərova komponiert?
Das Lied “Vağzalı Çalınır” von Şövkət Ələkbərova wurde von Süleyman Ələsgərov, Tofiq Bayram komponiert.

Beliebteste Lieder von Şövkət Ələkbərova

Andere Künstler von