Yaylığım

Xalq Mahnısı

[Bənd 1: Şövkət Ələkbərova]
Anamdan bir yaylıq aldım
Heç bilmirəm, harada saldım
Səndədirsə, ver yaylığı
Yaylıq salar, ay balam, ayrılığı
Yar, yarcan, gözəl oğlan, ver yaylığı
Yaylıq salar ayrılığı, yar, yarcan
Gözəl oğlan, ver yaylığı

[Bənd 2: Xan Şuşinski]
Yaylığını tanı, ay qız
Məndə yaylıq hanı, ay qız?
Kim dedi, yaylıq məndədir?
Bəlkə qalıb, çəməndədir, yar, yarcan?
Gəl axtar, tap yaylığını
Bəlkə qalıb, çəməndədir, yar, yarcan?
Gəl axtar, tap yaylığını

[Bənd 3: Şövkət Ələkbərova]
Ay kələkbaz oğlan, oğlan
İnciyərəm səndən, inan
Gəlməsə yaylıq qarşıma
Xəbər verrəm, a balam, qardaşıma, yar, yarcan
Gözəl oğlan, ver yaylığı
Xəbər verrəm qardaşıma, yar, yarcan
Gözəl oğlan, ver yaylığı

[Bənd 4: Xan Şuşinski]
Qurban olum göz-qaşına
Gedib demə qardaşına
Sevgilindən gəl incimə
Yaylıq məndədir, gözəl yar, yarcan
Al, sevgilim, al yaylığı
Yaylıq məndədir, gözəl yar, yarcan
Al, sevgilim, al yaylığı

Wissenswertes über das Lied Yaylığım von Şövkət Ələkbərova

Wann wurde das Lied “Yaylığım” von Şövkət Ələkbərova veröffentlicht?
Das Lied Yaylığım wurde im Jahr 2022, auf dem Album “İfalar, Vol. 1” veröffentlicht.
Wer hat das Lied “Yaylığım” von Şövkət Ələkbərova komponiert?
Das Lied “Yaylığım” von Şövkət Ələkbərova wurde von Xalq Mahnısı komponiert.

Beliebteste Lieder von Şövkət Ələkbərova

Andere Künstler von